Öne Çıkan Yayın

3 Haziran 2021 Perşembe

Arayik Arutunyandan sərsəm bəyanat - "Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik"

“Dağlıq Qarabağın əsas məqsədi müstəqillikdir. Bizim müstəqillik uğrunda mübarizəmizə alternativ yoxdur”.

ÇIRAQ PRESS Missiya.Az a istinadən xəbər verir ki, bunu separatçı Arayik Arutunyan Martuni və Əsgəran bölgələrinin sakinləri ilə görüşündə deyib.

Sitat: “Rusiya sülhməramlılarının burada olması ermənilərin Qarabağda qalacağına zəmanətdir. Dağlıq Qarabağ müstəqilliyi uğrunda mübarizəni davam etdirəcək. Xalqımız Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik. Müstəqillik bizim gündəmimizdə uzun müddətdir ki qalır və hədəfimizə çatacağıq. Əlbəttə ki, çaxnaşma var idi. Lakin biz ölümünə mübarizə apardıq” – sitatın sonu.  

Arayik Arutunyanın belə sərsəm bəyanatları Azərbaycanın Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində anti-terror əməliyyatları keçirməsinə zəmin yarada bilər.

Qeyd edək ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağı 30 illik işğaldan azad edib. 10 noyabr 2020–ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanətə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün bölgəyə yerləşdirilib

.
 

Türkiyədə yerli peyvəndlə vaksinasiya başlayacaq


 Türkiyədə yerli peyvəndin sınaqları tam sürətlə davam edir.

ÇIRAQ  PRESS "Haber Global"a istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bəyan edib.

Onun sözlərinə görə, bugünlərdə vaksin sınaqlarının sonuncu üçüncü mərhələsi olan insanlar üzərində testlərə start veriləcək.

“Testlərdən uğurla keçən kimi yerli peyvəndin tətbiqinə ən qısa müddətdə başlanacaq”, - deyə nazir bildirib.

O, qeyd edib ki, bu yaz maskaların üzləri tərlətdiyi son yaz olacaq. 

Torpaqlar yenidən BÖLÜNƏCƏK və RUSİYA BU BÖLGƏLƏRİ... - Jirinovskidən SENSASİYA




 Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.

ÇIRAQ PRESS Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar:

“Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını - “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq.

Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, - deyə Jirinovski qeyd edib.

2 Haziran 2021 Çarşamba

Abşeronda maşın aşdı - sürücünün ayağı amputasiya olundu

 Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ÇIRAQ PRESS "Report"-a istinadən xəvər verirki Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.


 

Bakıda ər və arvad bir-birini bıçaqladı

 Bakıda ər və arvad bir-birini bıçaqlayıb.




ÇIRAQ PRESS "Report"-a istinadən xəbər verirki hadisə Xəzər rayonunda qeydə alınıb. Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.



Şamaxı rayon Quşcu kənd salinlərindən şikayət

15 Şubat 2020 Cumartesi

Aprel ayında oxucularını gözləyəcək.

























Sebeketv.com xəbər verirki Türkiyəli yazar Derya Akdemirin yeni kitabı işıq üzü görəcək.  Türk, kürd, terekeme, garapapax, Laz, alevi, … Hamımızın doğru qışqırığı. Bu kitab Anadoluda və Azərbaycanda ermənilərin soyqırımının səsidir. Hamımız bir yerdə olduqda güclüyük. Buna görə heç kim bizi məhv edə bilməz. Xoşbəxt türk deyənlərə.
Hazırladı. Rəşad Orucoğlu
ÇIRAQ PRESS