Öne Çıkan Yayın

3 Haziran 2021 Perşembe

Türkiyədə yerli peyvəndlə vaksinasiya başlayacaq


 Türkiyədə yerli peyvəndin sınaqları tam sürətlə davam edir.

ÇIRAQ  PRESS "Haber Global"a istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bəyan edib.

Onun sözlərinə görə, bugünlərdə vaksin sınaqlarının sonuncu üçüncü mərhələsi olan insanlar üzərində testlərə start veriləcək.

“Testlərdən uğurla keçən kimi yerli peyvəndin tətbiqinə ən qısa müddətdə başlanacaq”, - deyə nazir bildirib.

O, qeyd edib ki, bu yaz maskaların üzləri tərlətdiyi son yaz olacaq. 

Hiç yorum yok:

Yorum Gönder