Öne Çıkan Yayın

25 Ağustos 2021 Çarşamba

Nəyə görə Maliyyə nazirliyi Qhtləri maliyyəsiz saxlayır?

““Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir”.
Bu, hansısa dərslikdən yox, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci ildə imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamın preambulasındakı cümlələrdən biridir. Həmin sərəncamın 5-ci bəndində isə deyilir ki, “Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər”. Cəmi bir sərəncamda vətəndaş cəmiyyətinin əhəmiyyətinin yüksək dərəcədə vurğulanması, onun yeri və rolunun qeyd olunması demokratik dəyərlərə sadiqliyin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti “Vətəndaş cəmiyyəti” institutunun inkişafına, möhkəmləndirilməsinə, ictimai nəzarət proseslərinə daha aktiv cəlb olunmasına xüsusi önəm verib və bunu hər zaman diqqət mərkəzində saxlayıb. Vətəndaş cəmiyyətinin aparıcı qüvvələri kimdir? QHT-lər. Gördünüz, cənab Prezidentin QHT-lərə verdiyi qiyməti. Belə olan halda, kimsə mənə izah edə bilər Maliyyə nazirliyinin tutduğu mövqeni? Bu statusu FB profilimdə yerləşdirdiyim an Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərmanın imzalanmasından düz 4 ay 6 gün keçir. Lakin Agentliyin fəaliyyəti ilə əlaqədar xəbər yoxdur, maliyyəsiz qalan QHT-lər isə heç bir iş görə bilmir. Təkrar edirəm! Fərmanın imzalanmasından 4 aydan çox vaxt ötür. Ortada real iş yoxdur. İş olsa idi, nəticə olardı. Nəticə olsa idi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi də, QHT-lər də fəaliyyət göstərərdi. İndi biz bu anlaşılmaz, səbəbsiz, bağışlana bilməyəcək fəaliyyətsizliyin səbəbini kimdən soruşmalıyıq: Nazirlər Kabinetindən, yoxsa Maliyyə nazirliyindən? Bildiyimə görə, fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti: - 3 ay müddətinə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını təsdiq etməli idi; - 2 ay müddətinə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etməli idi; - 1 ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etməli idi. Bu işlərlə yanaşı Maliyyə Nazirliyi maliyyə fəaliyyətini aktivləşidirməli idi, çünki 2021-ci il dövlət büdcəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün təqribən 4-5 milyon manat vəsait ayrılmışdır. Bu vəsait bu günə kimi istifadə olunmayıb. Nəyə görə? Maliyyə nazirliyi bu mövqeyini izah etməlidir. Dövlət başçısının QHT-lərin fəaliyyətinə verdiyi yüksək qiymətin fonunda maliyyə nazirliyinin sərgilədiyi fəaliyyətsizlik qəti şəkildə qəbuledilməzdir. Azərbaycan demokratik dəyərlərə sadiqdir və vətəndaş cəmiyyətinin gücləndirilməsi bu dəyərlərə sədaqətin bariz nümunəsidir. Maliyyə nazirliyinə heç kim səlahiyyət verməyib ki, QHT-lərin inkişafı üçün ayrılan vəsaiti istifadəsiz saxlasın. QHT-lər yalnız qrant müsabiqələrdə iştirak etmir. Biz bütün sahələrdə varıq. Mövcudluğumuzu qorumaq, demokratik quruluşun əsas elementlərindən biri olan ictimai nəzarət mexanizmini layiqli şəkildə həyata keçirməyimiz üçün müxtəlif xərclərin qarşılanması labüddür. Maliyyə nazirliyi isə öz fəaliyyətsizliyi və dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaiti istifadəsiz saxlamaqla buna imkan vermir. Nəyə görə? Büllur Məmmədova Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri. Hazırladı: Rəşad Orucoğlu

24 Ağustos 2021 Salı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 avqust 2021-ci il
Hazırladı: Rəşad Orucoğlu Mənbə: https://president.az/articles/52818

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı

İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlamış, nəticədə M.Ələsgərov ölmüşdür. Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırladı: Rəşad Orucoğlu Mənbə: https://mia.gov.az/?/az/news/view/1617/

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı

Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub. Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub. Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir. Qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Hazırladı: Rəşad Orucoğlu Mənbə: https://mia.gov.az/?/az/news/view/1623/

20 Ağustos 2021 Cuma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Mən sizi salamlayıram, xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək.

Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.

Eyni zamanda, Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.

Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz. Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir daha xoş gəlmisiniz.

X X X

Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq dedi:

-Cənab Prezident İlham Əliyev, çox sağ olun ki, dəyərli vaxtınızdan ayırdınız və bizi qəbul etdiniz. İlk növbədə, Koreya Respublikasının Prezidenti cənab Mun Ce-inin salamlarını Sizə çatdırmaq istəyirəm. Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm. Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır.

X X X

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş etdi.





3 Haziran 2021 Perşembe

Əxlaqsız qızını boğan ata. Video


Ötən il oktyabrın 31-i saat 22 radələrində Quba rayon Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynab İmanquliyeva qətlə yetirilib.

ÇIRAQ PRESS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşları mərhumun meyitini evin döşəməsində, uzanıqlı vəziyyətdə aşkar ediblər.

Kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəm İmanquliyev etiraf edib ki, yaranmış mübahisə zamanı qızını əlləri ilə boğaraq qətlə yetirib.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zeynəb İmanquliyevanın ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

İstintaqla müəyyən edilib ki, oktyabrın 31-i saat 22 radələrində Məhərrəm İmanquliyevin qızı ərinə xəyanət edib.

Boşandıqdan sonra onunla bir evdə yaşayan qızı Zeynəbin həyətdəki ayaqyolunda, istifadə etdiyi mobil telefonla kiminləsə xəlvəti şəkildə danışdığını eşidib.

Qızı ayaqyolundan çıxdıqdan sonra ondan kiminlə danışdığını soruşub, lakin Zeynəb kimləsə danışdığını inkar edib. Buna baxmayaraq qızının telefonla danışmasına əmin olduğu üçün onu evin içərisinə apararaq üst-başını yoxlayıb və üzərindən bir ədəd “Samsung” markalı mobil telefonu tapıb.

Qızının əvvəllər də oxşar hərəkətlərə yol verdiyinə görə kənd camaatı arasında şəxsi nüfuzunun ləkələnməsini düşünərək hiddətlənib və qısqanclıq niyyəti ilə qızını öldürmək qərarına gəlib.

Bu məqsədlə Zeynəbi arxası üstə yerə yıxıb, sinəsində oturaraq qollarını dizlərinin altına qoyub əlləri ilə boğaz nahiyəsindən sıxıb. Bu hərəkəti ilə o, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Məhərrəm İmanquliyev bildirib ki, Barlı kəndindəki evində həyat yoldaşı, oğlu və qızı ilə yaşayıb.

Zeynab təxminən 2010-cu ildə Xaçmaz rayon sakini Vasif Babayevlə ailə həyatı qurub və nigahdan 2 övladları dünyaya gəlib. 2017-ci ildə Zeynəb ər evindən qaçıb, bir neçə dəfə yoldaşı onun telefonunda yad kişilərin nömrəsini görüb.

Bu zəmində aralarında yaranan mübahisələrdən sonra onlar boşanıblar. Qızının, ərinə qarşı etdiyi hərəkətlərə görə ayrılmalarına etiraz etməyib, bütün səhvlərin övladında olduğunu görüb. Boşandıqdan sonra Zeynəbi öz evinə gətirib, uşaqlar isə Vasifin evində qalıb.

Evə gətirərkən qızına əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrarlamamağı, onu camaat arasında biabır etməməyi tapşıraraq nəsihətlər verib. Sonuncu da həmin hərəkətləri təkrarlamayacağına dair söz verib.

Buna baxmayaraq, Zeynəb yenə də xoşagəlməz hərəkətlərini davam etdirib. Hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlığını gecə vaxtı sökərək çıxıb, gedib və uzun müddət evə qayıtmayıb.

Bununla bağlı o, RPŞ-nə müraciət edərək, ərizə yazıb. Aparılmış araşdırma nəticəsində məlum olub ki, qızı Bayram adlı Xaçmaz rayonunun Müzəffəroba kənd sakini ilə qaçıb.

Yenə də, Zeynəbi tənbeh edib, eyni hərəkətlər etməməsini, buna görə kənd sakinləri arasında biabır olduğunu söyləyərək, onu bağışlayıb.

Qızı boşanıb evinə qayıdanda üzərində mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə telefon işlətməyə icazə verməyib.

Qızına yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə verib. Oktyabrın 31-i saat 21 radələrində arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gediblər. Ayaqyoluna getmək üçün talvarın altına keçdikdə Zeynəbin orada olmadığını görüb.

Aayaqyolundan qızının səsinin gəldiyini eşidib ora yaxınlaşanda, onun kiminləsə telefonla danışmasını eşitib. Danışığını qurtarıb, ordan çıxanda ondan kiminlə danışmasını soruşub. Qızı heç kəslə danışmadığını bildirdikdə hər şeyi eşitdiyini və yalan danışa bilməyəcəyini bildirib.

Evin içərisinə aparıb ondan telefonu tələb edəndə, Zeynəb telefonu olmadığını söyləyib. Üzərini axtaranda qara rəngli mobil telefon tapıb.

Əsəbləşərək, onu kənd camaatı arasında hörmətdən saldığını və biabır etdiyini deyib. Zeynəbi tutaraq yerə yıxıb, əlindən qaçmaması üçün sinəsinin üstündə oturub və qollarını dizlərinin altına salıb, əlləri ilə boğazından sıxaraq, boğmağa başlayıb.

Xırıldamasını eşidib, ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb. Evdən çıxaraq qardaşıgilə tərəf gedib, yoldan həyat yoldaşını və oğlunu səsləyərək, evə çağırıb. Onlara Zeynəbin meyitini göstərərək onu öldürdüyünü bildirib.

Arvadı ağlayaraq Zeynəbin bədəninin isti olduğunu söyləyərək, Təcili tibbi yardım çağırmaq istədikdə, buna artıq ehtiyac olmadığını deyib. “102” xidmətinə, sonra isə kəndin bələdiyyə sədrinə və qardaşı oğluna zəng edib qızını öldürməsi barədə məlumat verib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülzarə İmanquliyeva ifadəsində göstərib ki, 2017-ci ildə kürəkəni Vasif arvadının Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan Bayram adlı dostu ilə gizlindən telefonla danışmasını eşitib.

Qızı özünü öldürəcəyini deyərək Vasifi də qorxutub, buna görə də o, arvadını bağışlayıb. Bir neçə gündən sonra Zeynəb Bayrama qoşularaq evdən qaçıb. Amma 3 gündən sonra geri qayıtıb və əri yenə də onun günahından keçib.

2018-ci ildə məhkəmə qaydasında boşanmadan sonra həyat yoldaşı Məhərrəm bağışlayaraq, Zeynəbi evə gətirib və ona bir daha əxlaqsız hərəkətlərə yol verməməsini tapşırıb. Qızı ilk vaxtlar özünü yaxşı aparıb, amma bir müddətdən sonra evdən qaçıb.

Daxil olan ərizə əsasında polis əməkdaşları müəyyən ediblər ki, Zeynəb Köhnə Xaçmaz kəndindədir. Bunlara baxmayaraq yoldaşı övladını bağışlayıb və bir daha biabr etməməsini tapşıraraq, onu təhbeh edib. Son vaxtlar ona tək harasa getməyə icazə verməyib.

Oktyabrın 31-də oğlu ilə mərhum qaynının evinə gedəndə, qızı talvarın altında tərəvəz doğramaqla məşğul olub, əri isə televizora baxıb.

Təxminən 1 saatdan sonra Məhərrəm gələrək onu və oğlunu evə çağırıb. Əri hər axşam çayxanaya getdiyinə görə qızı evdə tək qoymamaq üçün onları çağırdığını düşünüb. Evə daxil olanda Məhərrəm Zeynəbin mətbəxdə olduğunu deyib.

Ora keçəndə qızını yerdə hərəkətsiz vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşub. Məhərrəm Zeynəbi telefonla danışarkən tutduğunu, telefonu əlindən aldığını və əlləri ilə onu boğub öldürdüyünü deyib.

Məhkəmə iclasında Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Məhərrəm İmanquliyevin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmanquliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.


 

Arayik Arutunyandan sərsəm bəyanat - "Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik"

“Dağlıq Qarabağın əsas məqsədi müstəqillikdir. Bizim müstəqillik uğrunda mübarizəmizə alternativ yoxdur”.

ÇIRAQ PRESS Missiya.Az a istinadən xəbər verir ki, bunu separatçı Arayik Arutunyan Martuni və Əsgəran bölgələrinin sakinləri ilə görüşündə deyib.

Sitat: “Rusiya sülhməramlılarının burada olması ermənilərin Qarabağda qalacağına zəmanətdir. Dağlıq Qarabağ müstəqilliyi uğrunda mübarizəni davam etdirəcək. Xalqımız Qarabağın Azərbaycanda qalmasına imkan verməyəcəyik. Müstəqillik bizim gündəmimizdə uzun müddətdir ki qalır və hədəfimizə çatacağıq. Əlbəttə ki, çaxnaşma var idi. Lakin biz ölümünə mübarizə apardıq” – sitatın sonu.  

Arayik Arutunyanın belə sərsəm bəyanatları Azərbaycanın Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində anti-terror əməliyyatları keçirməsinə zəmin yarada bilər.

Qeyd edək ki, Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağı 30 illik işğaldan azad edib. 10 noyabr 2020–ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanətə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti atəşkəsə nəzarət etmək üçün bölgəyə yerləşdirilib

.