Öne Çıkan Yayın
25 Ağustos 2021 Çarşamba
Nəyə görə Maliyyə nazirliyi Qhtləri maliyyəsiz saxlayır?
24 Ağustos 2021 Salı
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
20 Ağustos 2021 Cuma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
![]() |
Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:
-Mən sizi salamlayıram, xoş gəlmisiniz Azərbaycana. Əminəm ki,
sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana
gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan
əlaqələrinin inkişafına xidmət edəcək.
Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik
dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir.
Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi
əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.
Eyni zamanda, Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə
iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki,
gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya
şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik.
Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan
ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür.
Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.
Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı
imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz.
Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə
əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir
daha xoş gəlmisiniz.
X X X
Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq
dedi:
-Cənab Prezident İlham Əliyev, çox sağ olun ki, dəyərli
vaxtınızdan ayırdınız və bizi qəbul etdiniz. İlk növbədə, Koreya
Respublikasının Prezidenti cənab Mun Ce-inin salamlarını Sizə çatdırmaq
istəyirəm. Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik
fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də
Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir
mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam
olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik
münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana
Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm.
Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını
tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı
inkişaf səviyyəsindən daha artıqdır.
X X X
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun
Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya
Prezidentinə çatdırmağı xahiş etdi.